"Bu gün namizədlikləri müzakirəyə çıxarılmış şəxslər təcrübəli və savadlı hüquqşünaslardır"


  • 21 May 2021 19:04

"İnstitusional dəyişikliklər sırasında sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrə bu sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasının təmin edilməsi məqsədilə 2020-ci ildən ölkənin bütün bölgələrində 6 kommersiya məhkəməsi və ayrıca inzibati məhkəmələr təsis edilib, yeni Sumqayıt Ağır Cinayətlər Məhkəməsi yaradılıb. Elektron məhkəmə-informasiya sistemi istifadəyə verilərək hazırda ölkə üzrə 70 faiz məhkəmədə tətbiqinə nail olunub. Bu sistem insanlara məhkəməyə gəlmədən elektron formada müraciət etmək və proses barədə məlumatları elektron daşıyıcıda almaq imkanları yaradır".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov deyib.

O, yeni hakim təyinatları ilə bağlı sənədə də münasibət bildirərək deyib ki, daim inkişafa ehtiyacı olan məhkəmə sistemində hakim korpusunda müvafiq təyinatların həyata keçirilməsi xüsusi yer tutur: "Milli Məclisin bugünkü plenar iclasında namizədlikləri müzakirəyə çıxarılmış şəxslər təcrübəli və savadlı hüquqşünaslardır".

Oxşar xəbərlər