Dövlət orqanlarında 10 il iş stajı olan və elmlər doktorlarının dövlət qulluğuna qəbul qaydaları dəyişir


  • 22 May 2021 16:26

Elmlər doktoru elmi dərəcəsi olan şəxslər dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində iştirak edəcəklər.

E-huquq.az-ın məlumatına görə, bu, Milli Məclisin mayın 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan tələbi (istiqamət) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən yalnız müsahibə mərhələsində iştirak edəcəklər.

Eyni zamanda 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inziibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) qəbul daxili müsahibə əsasında aparılacaq.

Oxşar xəbərlər