Dəfələrlə əsassız vəsatət verən vəkil cərimələnəcək - DƏYİŞİKLİK


  • 2 İyul 2021 20:00

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin plenar iclasında Mülki Prosessual Məcəlləyə təklif edilən yeni 174.5-ci maddəyə edilən dəyişiklik II oxunuşda təsdiq edilib.

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, qanun layihələrinə dair millət vəkillərinin, hakimlərin, vəklillərin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş ictimai müzakirələrin nəticəsində Mülki Prosessual Məcəlləyə təklif edilən hazırki redaksiya tətbiq ediləcək cərimənin məqsədini tam şəkildə açmaqla yanaşı, şərtlərini daha da konkretləşdirmişdir:

"Məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir".

S. Hacıyev onu da qeyd edib ki, əsassız vəsatət verən vəkil və ya tərəflər ilk dəfə deyil, yalnız dəfələrlə təkrarlanacağı halda cərimələnəcək.

Oxşar xəbərlər