Milli Məclis dəfələrlə əsassız vəsatət və şikayət verən vəkillərin cərimələməsi barədə sənədi qəbul etdi


  • 9 İyul 11:41

Məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər.

E-huquq.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddədə əksini tapıb.Layihəyə əsasən, cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

Xatırladaq ki, təklif edilən 174.5-ci maddənin ilkin variantına əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilərdi.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər