Milli Məclisdə Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri müzakirəyə çıxarılacaq


  • 24 Sentyabr 2021 16:00

Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı məlum olub.

E-huquq.az-ın məlumatına görə, qanunvericilik işləri planına aşağıdakılar daxildir:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;

3. Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;

4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

5. “Qyimətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

6. “Lombardlar haqqında” qanun layihəsi;

7. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

8. “Ali təhsil haqqında” qanun layihəsi;

9. “Turizm haqqında” qanun layihəsi;

10. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

11. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi;

12. Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri

Oxşar xəbərlər