Mayın 28-i Müstəqillik Günü elan ediləcək.
E-huquq.az-ın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, oktyabrın 18-i Müstəqilliyin bərpası Günü elan ediləcək. Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin bərpası Günü hər il bayram kimi qeyd ediləcək.
Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika günü və oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.
