Prezident Azərbaycanla BMT arasında bağlanmış sazişi təsdiqlədi


  • 12 Oktyabr 2021 15:54

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında" qanunu imzalayıb.

E-huquq.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında 2019-cu il mayın 31-də və iyunun 21-də imzalanmış məktublar mübadiləsi formasında bağlanmış Saziş təsdiq edilib.

Oxşar xəbərlər