Məhkəmə-Hüquq Şurasının üzvü Cinayət Məcəlləsinə dəyişiklik təklif etdi


  • 15 Oktyabr 2021 11:38

Azərbaycanın Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

E-huquq.az-ın xəbərinə görə, bu təkliflə Məhkəmə-Hüquq Şurasının üzvü, Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, Xocalı soyqırımının 30 illiyi ərəfəsində Azərbaycanın Cinayət Məcəlləsində nəzərdə tutulan 103-cü maddəyə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi tarixi zərurətdən doğan fundamental hüquqi addım olar: “Belə bir qanun layihəsi ən qısa zamanda müzakirəyə təqdim edilə bilər”.

Oxşar xəbərlər