Qanunsuz sahibkarlığa görə inzibati tənbeh xətadan bir il keçənədək veriləcək


  • 15 Oktyabr 2021 13:02

Azərbaycanda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma istiqamətində yoxlama və nəzarət tədbirləri gücləndiriləcək.

E-huquq.az-ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Layihənin qeyd hissəsində bildirilir ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma xətası törədildikdə müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə üçün daha uzun müddət nəzərdə tutulması, habelə bu xətanın da aşkar edildikdən sonra inzibati araşdırma aparılan inzibati xətalar dairəsinə aid edilməsi təklif edilir.

Qeyd edilənlər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma istiqamətində yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi məqsədilə hazırlanıb.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Oxşar xəbərlər