Pay torpaqlarına dövlət reyestrindən çıxarış verilməsi üçün rüsum tutulmayacaq


  • 15 Oktyabr 2021 13:08

“Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxsiyyət şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmayacaq.

E-huquq.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxsiyyət şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə də dövlət rüsumu tutulmayacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Oxşar xəbərlər