Azərbaycanda yeni Vergi Məcəlləsi qəbul ediləcək


  • 3 Noyabr 2021 13:19

“Yeni Vergi Məcəlləsinin qəbul olunması üçün işlər aparılır”.

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

Xidmət rəisinin sözlərinə görə, artıq milli prioritetlər təsdiq olunub, hökumət bununla bağlı strategiyanın hazırlanması və qəbul edilməsi üzərində işlər aparır: “Bu sənədə uyğun olaraq yeni Vergi Məcəlləsi hazırlanmalıdır. Bununla bağlı artıq işlərə başlanılıb”.

Oxşar xəbərlər