Bu gündən Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi başlayır


  • 10 Noyabr 2021 09:20

Bu gündən gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlanılır.

E-huquq.az xəbər verir ki, büdcə layihəsinə əvvəlcə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında baxılacaq.

Bu gün komitə layihənin müzakirəsi üçün toplanacaq.

Sabahdan isə qanun layihələri parlamentin digər komitələrində müzakirəyə çıxarılacaq.

Qanunverici orqanın noyabrın 16-sı, 17-i və 18-də keçiriləcək plenar iclaslarda isə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə ediləcək.

Oxşar xəbərlər