Azərbaycanda icra məmurlarının səlahiyyəti azaldılır


  • 15 Noyabr 2021 17:50

Sabah Milli Məclisin plenar iclasında “İcra haqqında qanuna” dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılacaq.

E-huquq.az xəbər verir ki, yeni qanun layihəsində kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübaruzənin gücləndirilməsi məqsədilə hazırlanmış layihədə vergi borcu ilə bağlı siyahıya alınmış əmlakların satışının daha effektiv təşkili üçün daşınar və daşınmaz əmlakların satılması barədə məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etməyin vergi orqanlarının hüquqlarına aid edilməsi nəzərdə tutulub.

Eyni zamanda, layihədə hərracın təşkilatçısı kimi Əmlak məsələləri Dövlət xidməti yanında hərracın təşkili üzrə Auksion Mərkəzinin vergi borcu ilə bağlı siyahıya alınmış əmlakların satışı məqsədilə hərracı vergi orqanını sifarişi əsasında həyata keçirməsi, həmçinin vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakı vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron qaydada həyata keçirən ticarət şəbəkəkələrində) satıla bilməsi nəzərdə tutulub.

Xatırladaq ki, hazırda vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışının təşkilini icra məmurları həyata keçirir.

Xəyalə Bünyatova

Oxşar xəbərlər