- 30 İyul 13:01
Azərbaycanda Aliment Fondunun yaradılması və şəhid ailələrinin borclarının ödənilməsi təklif edilib.
E-huquq.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edib.
“Ümid edirəm ki, iqtisadi imkanlar genişləndikcə sosial sahəyə ayrılan vəsaitlər daha da artırılacaq”, - o vurğulayıb.