Məzmuna keç

Azərbaycanda uşaq hüquqları ilə bağlı yeni sənəd hazırlandı

"Uşaq hüquqlarının meyarları haqqında yeni sənəd hazırdır".

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Uşaqlarının V Ümumirespublika Forumunda deyib.

"Sənəd artıq dövlət qurumlarına göndərilib və razılaşdırılma mərhələsindədir", – o bildirib.