Azərbaycanda “Cəzaların icrası Kodeksi” normativ aktı hazırlanıb


  • 23 Noyabr 2021 10:13

"İcraetmə prosesinin daha mükəmməl qanunverici nizamlanması üçün ilk dəfə olaraq tam əhatəli normativ aktın - “Cəzaların icrası Kodeksi”nin layihəsi hazırlanıb və hazırda müzakirə mərhələsindədir".

E-huquq.az-ın məlumatına görə, bunu ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.

"Konstitusional tədbirlər kontekstində Azərbaycan Respublikasının prezidentinin “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşməsi ilə bağlı tədbirlər haqqında” Fərmanını da qeyd etmək zəruridir. Həmin fərmana müvafiq olaraq Ədliyyə nazirliyi icraetmənin alternativ formalarını təklif etməlidir. Biz beynəlxalq təcrübəni analiz etdik və Azərbaycanda alternativ əsaslarla xüsusi icraetmə institutunun tətbiqini məqsədəuyğun saydıq. Bu institut Avropanın bir çox ölkələrində özünü doğruldub. Bununla əlaqədar müvafiq qanun layihələri paketi işlənib hazırlanaraq müzakirəyə təqdim olunub", - deyə nazir qeyd edib.

Mənbə: virtualaz.org

Oxşar xəbərlər