Azərbaycanda yeni qanun layihəsi hazırlanıb


  • 29 Noyabr 2021 10:33

“Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanunun yaxın vaxtlarda qəbul edilməsi gözlənilir.

E-huquq.az xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

“Burada təkcə nağdsız hesblaşamalardan söhbət getmir, bu hesablaşmaları aparan təşkilatların fəaliyyətinin qanuni əsaslarının yaradılması nəzərdə tutulur”, - deyə o, qeyd edib.

Bundan başqa, Z.Nuriyevin sözlərinə görə, Azərbaycanda lombardlar haqqında yeni qanun layihəsi hazırlanıb: “Sənəd müvafiq dövlət orqanlarına təqdim edilib".

Oxşar xəbərlər