Xəstəxanalarda tibbi xidmətlərə görə 500 manatdan artıq ödənişlər nağdsız qaydada həyata keçiriləcək


  • 3 Dekabr 2021 11:45

Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə biləcək.

E-huquq.az-ın məlumatına görə. bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər