""Media haqqında" qanun layihəsində müasir dövrün tələbləri nəzərə alınıb" - Nurlan Həsənov


  • 12 Dekabr 2021 17:05

"İnanıram ki, “Media haqqında” yeni qanun layihəsi qəbul olunduqdan sonra ictimaiyyət və media arasında qarşılıqlı etimad güclənə və gələcəkdə ölkəmizdə doğru, keyfiyyətli və professional informasiya istehsalı aparıla bilər".

E-huquq.az xəbər verir ki, bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov deyib.

O bildirib ki, Azərbaycanda jurnalistikanın inkişafına və eyni zamanda dövrün tələblərinə cavab verən hüquqi tənzimlənməyə böyük ehtiyac var: "Müasir dövrün tələbləri nəzərə alınaraq hazırlanan bu qanun layihəsi qəbul olunduqdan sonra təcrübədə hansı nəticələrin əldə olunduğunu zaman göstərəcək. Hesab edirəm ki, yeni qanun layihəsi bu gün cəmiyyətimizdə etibarsızlıq mühiti və narahatlıq yaradan, el arasında “reket jurnalistika” dediyimiz problemin həllində mühüm rol oynaya bilər. Bu gün ölkəmizdə vətənpərvər ruhda yeni Çingiz Mustafayevlərin yetişdirilməsinə ehtiyac var. Ümid edirəm ki, məhz bu qanun layihəsi "reket jurnalistika"nın kökünü kəsməyə və yeni Çingiz Mustafayevlərin yetişdirilməsinə xidmət edəcək".

N.Həsəovun fikrincə, sosial şəbəkələrlə bağlı məsələyə də baxılmalıdır: "Biz artıq sosial şəbəkələrin fəaliyyətini tənzimləyəcək mexanizmlər və hüquqi tənzimlənmə barədə düşünməliyik".

Oxşar xəbərlər