Azərbaycanda "Pasportlar haqqında" qanuna dəyişiklik edilir


  • 13 Dekabr 2021 13:10

"Pasportlar haqqında" qanuna dəyişiklik edilir.

E-huquq.az-ın xəbərinə görə, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.

Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrinin icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin toplantısında müzakirə edildikdən sonra plenar iclasa tövsiyə olunub.

Oxşar xəbərlər