Məzmuna keç

Məhkəmə hakimlərinin stajı ilə bağlı layihə təsdiqləndi

Milli Məclisin bu gün keçirilən iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

E-huquq.az-ın xəbərinə görə, dəyişikliklə hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə əvvəlki iş stajı onların hakimlik stajına hesablanacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.