Vitse-prezidentlərə ömürlük diplomatik pasportun verilməsinə dair layihə qəbul edildi


  • 20 Dekabr 2021 11:47

Milli Məclisin bu gün keçirilən iclasında "Pasportlar haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

E-huquq.az-ın xəbərinə görə, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.

Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Oxşar xəbərlər