Ölümün qeydə alınmasına dair yeni prosedur qaydası təsdiqləndi


  • 27 Dekabr 2021 13:46

Azərbaycanda ölümün qeydə alınmasına dair yeni prosedur müəyyənləşir.

E-huquq.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişiklik layihəsinə əsasən, xaricdə vəfat etmiş Azərbaycan vətəndaşının ölümünün qeydə alınmasına dair prosedur müəyyənləşir. Belə ki, Məcəlləyə yeni - 195.2-ci maddə əlavə olunur.

Yeni maddəyə əsasən, Azərbaycan vətəndaşının, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Oxşar xəbərlər