Milli Məclisin yaz sessiyasının başlanacağı tarix açıqlandı


  • 3 Yanvar 2022 12:06

Milli Məclisin yaz sessiyası yanvarın 15-dən başlayacaq.

E-huquq.az xəbər verir ki, fevralın 1-ə qədər parlamentin komitə iclasları keçiriləcək, daha sonra plenar iclaslar başlayacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Oxşar xəbərlər