"Yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsi qanunsuzdur"


  • 26 Yanvar 2022 12:25

Yaşayış yeri (qediyyat yeri) olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsi qanunsuzdur. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun pozulmasıdır.

Polisin inzibati binasında qediyyatda olan vətəndaşların qediyyatdan çıxarılması, həmin şəxslərin gələcəkdə şəxsiyyət vəsiqəsi almaması və vətəndaşların şəxsiyyət vəsiqəsi olmadan yaşaması onların hüquqlarının pozulmasına səbəb olacaq. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə xəbərdarlıq və yə ikiyirmi manat məbləğində cərimə edilməsi nəzərdə tutulub. Digər tərəfdən isə vətəndaşların vəsiqəsinin verilməsindən əsassız imtina edilməsinə görə də beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. Şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi şərhi verib.
İnzibati Xətalar Məcəlləsinə əsasən, vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir (Maddə 565).

İnzibati Xətalar Məcəlləsinə əsasən,vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən (dəyişdirilməsindən) əsassız imtina edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində), habelə vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir (Maddə 567.1).

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Şəxsiyyət vəsiqəsinin təsviri"nin müdəalarının şərh olunması barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli şərhi

1. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında"Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur.

2. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Şəxsiyyət vəsiqəsinin təsviri"ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bil­məz.

3. Bu Qərarın 2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyyə olunsun ki, yaşayış yeri olmayan vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirəsalınmadan təşkil etsin.

Rahim Abıyev

Hüquqşünas

Oxşar xəbərlər