Spiker: "Problem vətəndaşların hüquqi sahədə lazımi məlumata malik olmamasından yaranır"


  • 5 Mart 2022 18:20

"Azərbaycan müasir, demokratik, hüquqi dövlət kimi, fundamental hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin olunmasını özünün əsas prioriteti elan edib. Bu istiqamətdə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə hüquq sisteminin modernləşməsini və inkişafını təmin edib".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Şəmkir rayon sakinlərinə ödənişsiz hüquqi yardımın göstərildiyi aksiyanın açılış tədbirində çıxış edərkən deyib.

O qeyd edib ki, Azərbaycan dövləti hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir: "Bununla belə, seçici müraciətlərində qaldırılan bir sıra məsələləri araşdıranda məlum olur ki, bu problemlər daha çox vətəndaşın həmin məsələ ilə bağlı lazımi məlumata malik olmamasından irəli gəlir. Xüsusilə, hüquqi məsələlərlə əlaqədar olan müraciətlərin bir çoxunda bu tendensiya müşahidə olunur".

Milli Məclisin sədri seçicilərə hüquqi yardım göstərilməsi ilə bağlı tədbirlərin keçirilməsinin bu məsələlərin həllinə dəstək olacağını bildirib.

Oxşar xəbərlər