Milli Məclis Elman Rüstəmovun vəzifədən azad edilməsi ilə bağlı layihəni təsdiq etdi


  • 12 Aprel 2022 11:39

Elman Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilib.

E-huquq.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

İclasda ilk məsələ olaraq Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirə edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Oxşar xəbərlər