Milli Məclisin növbəti iclası başlayıb


  • 26 Aprel 2022 11:08

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

E-huquq.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə aşağıdakı 19 məsələ daxil edilib.

1. Hesablama Palatasının illik hesabatı haqqında.

2. “Narkoloji xidmət və nəzarət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

3. “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

4. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

5. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

6. Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

7. Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

8. “Sərhəd mühafizə orqanları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.

9. “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.

10. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

11. Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

12. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

13. “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

14. “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

15. “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

16. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

17. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

18. “Ümumi təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

19. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Oxşar xəbərlər