Bəzi şəxslərə daha tez pensiyaya çıxmaq hüququ veriləcək


  • 26 Aprel 2022 16:27

Sağlamlıq imkanı məhdud uşağına baxdığına görə atalara 5 il tez pensiyaya çıxmaq hüququ veriləcək.

E-huquq.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əskini tapıb.

Belə bir güzəşt analara verilmişdi, amma atalara verilməmişdi. “Dəyişikliklərə əsasən atalara da belə bir güzəştin verilməsi nəzərdə tutulur.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər