Atalara da tez pensiyaya çıxmaq hüququ veriləcək


  • 13 May 2022 12:04

Sağlamlıq imkanı məhdud uşağına baxan atalara 5 il tez pensiyaya çıxmaq hüququ veriləcək.

E-huquq.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əskini tapıb.

Belə bir güzəşt bu vaxtadək yalnız analara verilirdi. Dəyişikliklərə əsasən, atalara da bu güzəştin verilməsi nəzərdə tutulur.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər