İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir


  • 18 May 2022 17:15

Azərbaycanda vətəndaşların qanunvericilik hüququnun pozulmasına görə cərimələr müəyyənləşir.

E-huquq.az-ın məlumatına görə, bununla bağlı "Vətəndaşların müraciətləri haqqında" qanuna dəyişiklik təklif olunur.

İnzibati Xətalar Məcəlləsinə əlavə ediləcək yeni 179-cu maddəyə əsasən - Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasında hazırlanan və Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi üçün dövlət orqanlarının, bələdiyyə qurumlarının va mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirak etməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.

Oxşar xəbərlər