- 19 May 16:08
"Hazırda daha böyük bir problem bullinq və hiperbullinqdir. Bu məsələ bizi də ciddi narahat edir. Bununla bağlı geniş tədbirlər planı hazırlanmalı və məktəblərdə, digər ictimai yerlərdə mübarizə gücləndirilməlidir".
E-huquq.az xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, UNICEF və Vəkillər Kolleqiyası arasında uşaq hüquqlarının müdafiəsi sahəsində 2020-ci ildə imzalanan əməkdaşlıq memerondum çərçivəsində tədbirlər həyata keçirilib: "Cəzaçəkmə müəssisələrində qadınlarla yaşayan 3 yaşadək və 3 yaşdan sonra analarından alınaraq uşaq evinə verilən uşaqlarla görüş keçirilib və onlara pulsuz hüquqi yardım göstərilib".
A.Bağırov məişət zorakılığına məruz qalan uşaqların sayının da az olmadığını bildirib.