Prokurorluq işçisi vəfat etdikdə ailə üzvlərinə şərti əmək pensiyası veriləcək


  • 28 İyun 17:45

Prokurorluq işçisi vəfat etdikdə onun ailə üzvlərinə şərti əmək pensiyası veriləcək.

E-huquq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödəniləcək.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna edilən yeni - 1.0.1-1-ci maddəyə əsasən, şərti əmək pensiyası ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı şəxsin vəfat etdiyi tarixə əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) münasibətdə hesablanan şərti pensiya məbləği olacaq.

Oxşar xəbərlər