- 19 May 16:08
Sentyabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçiriləcək.
E-huquq.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2022-ci il yaz və növbədənkənar sessiyası dövründə görülən işlər barədə hesabatı.
2. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi.
3. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş)
4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş)
5. “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi