Məzmuna keç

Azərbaycanda yeni medal təsis edildi

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

E-huquq.az-ın xəbərinə görə, iclasda bildirilib ki, qanuna edilən əlavə ilə "Diaspor fəaliyyətində xidmətə görə" medalı təsis edilir.

Bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.