Gələn ildən Azərbaycanda cinayət-prossessual qanunvericiliyinə uyğun olaraq vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarla aparılan səyyar vergi yoxlamalarının nəticələri istisna olmaqla, vergi qanunvericiliyinin pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il) keçəcəyi halda, həmin şəxs qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməyəcək və vergi öhdəlikləri yaranmayacaq.
E-huquq.az xəbər verir ki, bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Xatırladaq ki, hazırda qüvvədə olan qaydalara görə, vergi qanunvericiliyinin pozulması anından 3 il keçibsə, həmin şəxs qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.
Mənbə: Report
