- 19 May 16:08
"İcra haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilir.
E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğunun komitəsində layihə müzakirəyə çıxarılıb.
Təklif edilən dəyişikliyə əsasən, "İcra haqqında” qanunun 7.1.4-cü maddəsi yeni redaksiyada veriləcək.
Belə ki, icra sənədində tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyasi va nomrəsi), yaşayış yeri va olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÕEN-i də göstərilməlidir.
Qeyd edək ki, hazırkı tələbə görə, icra sənədində tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı göstərilməlidir.