“Əvvəl törədilən hüquq pozuntusuna görə heç bir hüquqi nəticə olmamalıdır”


  • 11 Oktyabr 2022 13:11

“Cinayət Məcəlləsinə təklif edilən yeni dəyişikliklə hüquqi şəxslərə münasibətdə üzərlərindən məhkumluğun götürülməsi çox aydın şəkildə görünür”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, fiziki şəxslərə münasibətdə də belə müddəa var: “Biz Ombudsmanla bağlı qanuna da dəyişiklik edəcəyik. Orada əvvəllər məhkum olunan şəxsin hər hansı bir vəzifə tuta bilməyəcəyinə dair müddəa var. Yəni bu, tamamilə bizim hüquq fəlsəfəmizə, dünyagörüşümüzə ziddir. Əgər dövlət vətəndaşa, fiziki şəxsə, hüquqi şəxsə imkan verirsə ki, müəyyən müddətdən sonra o məhkum olunmamış sayılsın, onun əvvəl törətdiyi hüquq pozuntusuna görə heç bir hüquqi nəticə olmamalıdır. Buna baxmayaraq, biz bunu yenə də “Media haqqında” qanunda, digər qanunlarda qeyd edirik ki, əvvəllər məhkum olunmuş şəxs filan vəzifələri tuta bilməz, filan fəaliyyətlə məşğul ola bilməz və s. Buna görə də mən bu məsələni qaldırmaqla, Prezident Administrasiyasına da müraciət edirəm. Çünki əsas qanunvericilik təşəbbüsləri ilə onlar çıxış edirlər. Bu məsələ üzərində düşünsünlər".

Oxşar xəbərlər