Məzmuna keç

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasının monitorinqi aparılacaq

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasının monitorinqi aparılacaq.

E-huquq.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 28-də keçirilən iclasında müzakirə edilən “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan öhdəliklərin icra vəziyyətini dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq monitorinq etmək hüququna malikdir.