Valideynlik hüquqlarından məhrum etmə ilə bağlı qanunvericiliyə dəyişiklik edilir


  • 28 Oktyabr 2022 16:32

Valideynlərin (onlardan biri) valideynlik hüquqlarından məhrum ediləcəyi hallar sərtləşdirilir.

E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, valideynlər (onlardan biri) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüququndan məhrum ediləcək.

Oxşar xəbərlər