- 19 May 16:08
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı Milli Məclisdə növbəti dinləmə keçiriləcək.
Bu barədə e-huquq.az-a Milli Məclisdən məlumat verilib.
Qeyd edilib ki, parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə iş davam edir.
Yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmənin noyabrın 4-də keçirilməsi gözlənilir.