- 19 May 16:08
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsində nəzərdə tutulan dövlət hesabına hüquqi yardım göstərilən şəxslərin siyahısı genişləndirilir.
E-huquq.az xəbər verir ki, təklif olunan dəyişikliyə əsasən, cinsi istismar va ya cinsi zorakılıq qurbanı olmuş uşaqlara hüquqi yardım göstərən vəkilə vəsait dövlət hesabına ödəniləcək.
Belə ki, inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və təqsirləndirilən şəxslərə ve məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına heyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Cinsi istismar va ya cinsi zorakılıq qurbanı olmuş ve cinayət prosesində öz hüquqlarını müstəqil həyata keçirən və pulsuz hüquqi yardım göstərilməsini tələb edən uşaqlara xidmət göstərən vəkilə ödənilməli olan haqq, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla, dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında qəbul edilib və Milli Məclisin plenar iclasına tövsiyə olunub.