Parlamentdə 2023-cü ilin dövlət büdcəsi üçüncü oxunuşda qəbul edildi


  • 9 Dekabr 2022 11:14

Milli Məclisin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsi müzakirə edilib.

E-huquq.az-ın məlumatına görə, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Layihəyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri isə milyard 33 milyard 353 milyon 278 min manat təşkil edəcək.

Oxşar xəbərlər