Məzmuna keç

Azərbaycan parlamenti buraxılır

YAP-ın siyasi şurasının təcili iclasında qərar qəbul edilib

YAP-ın siyasi şurasının təcili iclasında sensasion qərar qəbul edilib.

E-huquq.az xəbər verir ki, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

Siyasi Şura bu qərarın Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.

Məlumata görə, yaxın saatlarda YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcək

Milli Məclisin sabahkı iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq.

Prezident İlham Əliyevə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.