- 19 May 16:08
“Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ötən beş ayda makroiqtisadi sabitliyi daha da möhkəmləndirməyə imkan yaradıb”.
E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrdən biridir: “Azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, müdafiə və təhlükəsizlik xərclərinin artırılması məqsədilə 2023-cü il büdcəsinə dəyişiklik etmək ehtiyacı yaranıb”.