Deputatlar tətilə çıxdı


  • 14 İyul 2023 12:53

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

E-huquq.az xəbər verir ki, bu gün keçirilən son iclasda Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiya müddətində 9 iclas keçirilib, 90 qanun və qərar qəbul edilib.

İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bununla da Milli Məclisin deputatları tətilə çıxıb.

Parlamentin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar.

Oxşar xəbərlər