Milli Məclis ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul etdi


  • 21 Noyabr 2023 12:52

Azərbaycan parlamenti noyabrın 21-də ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edib.

E-huquq.az xəbər verir ki, bəyanatı Milli Məclisin deputatı, sənədin hazırlanması üzrə komissiyanın üzvü Kamilə Əliyeva oxuyub.

Bəyanatda Birləşmiş Ştatlar Senatının anti-Azərbaycan aktı pislənilib. Eyni zamanda, Vaşinqtona Cənubi Qafqazdakı proseslərlə bağlı obyektiv mövqe tutmaqla bağlı çağırış edilib.

“Azərbaycan parlamenti ABŞ Senatının 15 noyabr tarixli qərarını rədd edir. Vaşinqtonun bu kimi addımları regionda sülh, sabitliyə zərbə vurur. ABŞ təcavüzkar Ermənistana Azərbaycan torpaqlarını işğal etməyə yardım edib. Bu ölkə 30 il ərzində işğalçı Ermənistana qarşı heç bir sanksiya qəbul etməyib, əksinə maliyyə yardımı ayırıb, yüksək səviyyəli görüşlər təşkil edib. Amerika tərəfinin bu kimi addımları ABŞ-ın Azərbaycan cəmiyyətində nüfuzuna zərər yetirib. ABŞ 907-ci düzəlişlə Azərbaycana qarşı 1992-ci ildə etdiyi səhvi təəssüf ki, yenidən etmiş olub”, - bəyanatda vurğulanıb.

Oxşar xəbərlər