"Mülki Məcəllənin təkmilləşdirilməsi ölkə iqtisadiyyatının inkişafına təkan verəcək"


  • 15 Dekabr 2023 16:55

"Mülki Məcəllənin təkmilləşdirilməsi, onun modernləşdirilməsi bütövlükdə ölkə iqtisadiyyatının inkişafına təkan verəcək".

E-huquq.az xəbər verir ki, bu sözləri Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Publik Hüquqi Şəxsin icraçı direktoru Samir Mahmudov söyləyib.

“Bildiyiniz kimi, bu ilin dekabr ayında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın nəzdində Mülki Məcəllənin təkmilləşdirilməsi üzrə işçi qrupu yaradılıb. Bu gün Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin rəhbəri ilə həmin işçi qrupunun ilk iclası keçirilir. Bu çox əlamətdar bir hadisəsdir. Biz bu prosesə bütün aidiyyati dövlət qurumlarını, eyni zamanda universitetləri, vəkilləri, aparıcı hüquq firmalarını, müstəqil ekspertləri və QHT-ləri cəlb etmişik. İşçi qrupunun fəaliyyətinin ilk mərhələsində Mülki Məcəllənin təkmilləşdirilməsi üzrə konsepsiya sənədi qəbul olunacaq. Həmin konsepsiya sənədində Mülki Məcəlləyə təklif edilən əsaslı dəyişikliklər və onların qısa izahı veriləcək. Daha sonra həmin sənəd əsasında Mülki Məcəllənin ayrı-ayrı müddəalarına konkret dəyişikliklərin mətni hazırlanacaq. Bütün dəyişikliklər paketi təsdiq olunduqdan sonra aiddiyəti üzrə təqdim ediləcək”, - deyə o qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər