Parlamentdə təhsillə bağlı dinləmə keçirilməsi təklif olundu


  • 22 Yanvar 10:41

Parlamentdə təhsillə bağlı dinləmə keçirilməsi təklif olunur.

E-huquq.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov komitənin yanvarın 22-də keçirilən iclasında çıxış edib.

Deputat təhsildə baş verən dəyişikliklərin və yeni tendensiyaların müzakirəsi üçün dinləmənin keçirilməsinə ehtiyac olduğunu bildirib.

Komitə sədri Bəxtiyar Əliyev təklifi dəstəkləyib: "Dinləmənin müzakirə predmeti müəyyənləşdirilməli, aidiyyəti qurumlarla müzakirə edilməlidir. Parlamentin sədri Sahibə Qafarova da parlamentin payız sessiyasında belə bir dinləmə keçirilməsini təklif etmişdi. Bu dinləmə keçirilə bilər”.

Oxşar xəbərlər