"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturuna dəyişiklik edilib.
E-huquq.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”na aşağıdakı məzmunda hissələr əlavə edilsin:
– AZTV
– Mədəniyyət TV
– İdman TV
– Azərbaycan Radiosu
– Azərbaycan Beynəlxalq Radiosu.
